Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Risklərin təhlili” işçi qrupunun növbəti iclası keçirilib.

Yanvar ayının 14-də Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi “Risklərin təhlili” işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

         “Risklərin təhlili” işçi qrupunun rəhbəri, daxili işlər nazirinin müavini polis general-leytenantı cənab İsmət Əliyevin iştirakı ilə keçirilən iclasda İşçi Qrupun 2024-cü il üçün Fəaliyyət Planının 2-ci və 4-cü bəndlərinə əsasən, ekoloji risklərin – təbii ehtiyatların böhranı (qida, su), təbii fəlakətlər və kəsin hava şəraiti; iqtisadi risklər – yaşayış böhranı məsələləri müzakirə olunub, eləcə də Qida təhlükəsizliyi, qida mənşəli zəhərlənmə hadisələri ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi iştirakçı qismində fikirlərini səsləndirib.

         İclasın yekununda İşçi qrupunun üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2024-cü il Fəaliyyət Planının yekunları ilə bağlı görülmüş işlər barədə hesabat və “Risklərin təhlili” işçi qrupunun Kibertəhlükəsizlik üzrə Alt-qrupunun tərkibinə dair  təkliflərin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasına təqdim olunması məqsədilə təqdim edilməsi qərara alınıb.